“Landau School” Təhsil Kompleksi QSC-nin səhmdarları şirkətin dövriyyədə olan 10 000 səhminin nominal dəyərini 0,2 manatdan 1 manata çatdırmağa qərar verib.
Bu barədə Yurd.Media-ya maliyyə bazarındakı mənbə bildirib.
Beləliklə, “Landau School”un nizamnamə kapitalı 2 000 manatdan 10 000 manata yüksələcək.