Azərbaycanın daha bir ali məktəbində kafedralar ixtisar olunub.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əsaslı struktur və kadr islahatları aparılıb.
Ali məktəbin rektoru, dosent Rüfət Əzizov bildirib ki, ADNSU-da 6 kafedra ləğv edilib, digərləri isə yenidən təşkil olunub:
“Nəticədə kafedraların sayı 24-dən 18-ə endirilib. 14 kafedraya yeni müdir təyin olunub. Hazırda kafedra müdirlərinin orta yaşı 45-ə yaxındır. Əvvəllər bu 60-dan çox idi”.
Rektor deyib ki, son bir ildə ADNSU-da 30-dan çox gəncə vəzifə verilib. Bundan başqa, ali məktəbə 3 yeni prorektor təyin olunub ki, onların da hamısı gənclərdir.