Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
DİM-dən Yurd.Media-ya bildirilib ki, ilkin məlumatlara əsasən, 12 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.
"Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar", - məlumatda qeyd olunub.