İki ildən artıqdır davam edən işlər nəticəsində ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı hazırlanaraq müzakirəyə təqdim edilib.
Yurd.Media ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni layihədə ümumilikdə 250-yə yaxın ixtisas yer alıb:
"Bu ixtisaslar müəyyənləşdirilərkən ölkə iqtisadiyyatının tələbatı, prioritet sahələr, eləcə də müasir əmək bazarının və texnoloji inkişafın yaratdığı yeni ehtiyaclar əsas götürülüb. Müzakirələrin yekunlaşmasından sonra yeni peşə təhsili ixtisas təsnifatının cari ilin sonunadək hökumət tərəfindən təsdiqlənməsi gözlənilir".