SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Liseylərə sənəd qəbulu nə vaxt başlanılacaq?

Liseylərə sənəd qəbulu nə vaxt başlanılacaq?

  • 13 iyul 2026, 18:05

Liseylərə sənəd qəbulu prosesinə başlanılacaq vaxt açıqlandı.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan Yurd.Media-ya bildirilib ki, lisey və gimnaziyalara qəbul üçün müraciət tarixi bir gün uzadılıb.

Bildirilib ki, namizədlər iyulun 15-də saat 12:00-dək müraciət edə bilərlər.

Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.

Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları