SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Starex” kargo bağlamanı xəbərdarlıq etmədən anbardan geri qaytardı”

“Starex” kargo bağlamanı xəbərdarlıq etmədən anbardan geri qaytardı”

Bakı

Bakıda vətəndaş “Starex” kargonun xəbərdarlıq etmədən bağlamanı geri qaytarması ilə üzləşib.

Yurd.Media xəbər verir ki, Təranə Həsənova adlı istifadəçi bildirir ki, 19 avqustda ölkəyə gətirilən bağlaması hələ də ona çatdırılmayıb.

Onun sözlərinə görə, kur­yer “gec olacaq” bəhanəsi ilə bağlamanı ünvana gətirməkdən imtina edib və heç bir xəbərdarlıq etmədən anbardan geri qaytarıb. Vətəndaş əlavə edib ki, şirkətin əməkdaşları müştərilərlə kobud və laqeyd davranır, telefon zənglərini yarımçıq kəsir və özlərini təqdim etmirlər.

Şikayətçi məsələ ilə bağlı insan resurslarına da müraciət etdiyini, lakin yalnız “quru üzr” cavabı aldığını və bağlamasının hələ də ona təhvil verilmədiyini bildirib.

Prime Leasing