SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
İTicket.az Dilək Şarı uçurma tədbiri təşkil etdi, lakin havaya uçan istehlakçıların pulları oldu

İTicket.az "Dilək Şarı" uçurma tədbiri təşkil etdi, lakin havaya uçan istehlakçıların pulları oldu

  • 15 avqust 2025, 10:09

Bakıda "Dilək Şarı" tədbiri keçirildi, lakin şarların göyə qaldırılmasına icazə verilmədi.

Yurd.Media xəbər verir ki, tədbir iştirakçılarından olan Elxan İsmayılzadə adlı istifadəçi sosial mediada İTicket.az vasitəsilə aldığı biletin tədbir baş tutmamasına baxmayaraq geri qaytarılmaqdan imtina edildiyini bildirir.

İstehlakçının bildirdiyinə görə, tədbirdən əvvəl təşkilatçılar tərəfindən zəng edilərək "əgər hava şəraiti uyğun olmasa, dilək şarlarının uçurdulmasına icazə verilməyəcəyi" barədə məlumat verilib. Lakin tədbir günü hava şəraitinin əlverişli olmasına baxmayaraq, özünü təşkilatçı kimi təqdim edən şəxs "Fövqəladə Hallar Nazirliyinin icazə vermədiyi üçün şarların ümumiyyətlə uçurdulmayacağını" bildirib.

Bu vəziyyətdən narazı qalan tədbir iştirakçıları biletlərin qaytarılmasını tələb ediblər və təşkilatçı tərəf buna razılıq verib. Bilet sahibi yerindəcə İTicket.az-a zəng edib və təşkilatçı ilə danışıb. Ona biletlərin dəyərinin 14 iş günü ərzində qaytarılacağı vəd edilib.

Lakin müəyyən müddət keçdikdən sonra İTicket.az mövqeyini dəyişərək "tədbirin baş tutduğunu" əsas gətirərək pulların qaytarılmayacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununa əsasən, xidmət tam həcmdə göstərilmədikdə istehlakçının ödədiyi məbləğin geri qaytarılması hüququ var.

Elxan İsmayılzadə bildirir ki, bütün telefon danışıqlarının səs yazıları mövcuddur və hüquqlarının müdafiəsi üçün müvafiq qurumlara müraciət etmək niyyətindədir.

Prime Leasing