SÜJET
Bakı sakininin fevral ayında "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı saat sukeçirməz deyilsə də 6 ay sonra paslanıb.
Yurd.Media xəbər verir ki, Mətləb Məmmədov adlı istifadəçinin sözlərinə görə, satış zamanı ona saatın su keçirməz olduğu və paslanmaya qarşı davamlı olduğu bildirilmişdi. Lakin cəmi 6 ay sonra saatın ekranı qaralıb və tamamilə işləməz vəziyyətə düşüb.
İstehlakçı problemi həll etmək üçün "Kontakt Home"un servis mərkəzinə müraciət edib, lakin servis mərkəzi saatın içərisinə su keçdiyini bildirirərək hər hansı köməklik göstərə bilməyəcəyini deyib.
Şikayətlə bağlı "Kontakt Home"dan bildirilib ki, cihaz mütəxəssislər tərəfindən diaqnostik testlərdən keçirilib və texniki yoxlanışı yekunlaşan kimi, dəyişdirilməsi qərarı alınıb.
Qeyd olunub ki, dəyişdirilmə prosesinin icrası üçün müştəri mağazaya yaxınlaşa bilər.