SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Kapital Bank 14 gündür sadə məsələni aydınlaşdıra bilmir - ŞİKAYƏT

"Kapital Bank" 14 gündür sadə məsələni aydınlaşdıra bilmir - ŞİKAYƏT

  • 15 avqust 2025, 10:38

Azərbaycanın ən böyük banklarından biri olan "Kapital Bank"ın müştəri xidməti ilə bağlı sosial mediada növbəti şikayət yayılıb.

Yurd.Media xəbər verir ki, Ayli Qədimli adlı istifadəçi 29 iyul tarixində "Kapital Bank"dan ünvana çatdırılma xidməti ilə sənəd sifariş etdiyini və bunun üçün əlavə ödəniş etdiyini bildirib. Banka məxsus rəsmi kanallar vasitəsilə müştəriyə sənədin 2 iş günü ərzində çatdırılacağı vəd edilib və bu barədə səs qeydi də mövcuddur.

Lakin vəd edilən müddət bitdikdən sonra - artıq 5 gün keçməsinə baxmayaraq, sənəd müştəriyə çatdırılmayıb. Müştəri banka müraciət etdikdə isə ona "özünüz yaxınlaşıb götürməlisiniz" cavabı verilib. Daha əvvəl edilən razılaşma və səs qeydləri barədə xatırlatma edildikdə isə bank əməkdaşları "biz ona baxmırıq" deyə cavab veriblər.

Nəticədə müştəri 1 avqust tarixində banka yaxınlaşaraq təkrar ödəniş etmək məcburiyyətində qalıb və sənədi bu şəkildə əldə edib. Həmin gün şikayət qeydə alınsa da, 8 avqust tarixinədək heç bir nəticə əldə edilməyib və müştəri təkrar şikayət etmək məcburiyyətində qalıb.

Diqqətçəkən məqam odur ki, artıq 14 gündür "Kapital Bank" bu sadə məsələni aydınlaşdıra bilmir. Ayli Qədimli öz narazılığını ifadə edərək qeyd edib: "Kiminsə 5 manat borcu olanda bütün nəslin kökünü tapırlar, amma müştəri şikayətini həll etmək üçün 14 gün kifayət etmir".

Prime Leasing