SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Sabirabadda gənclər arasında intellektual oyun keçirilib - FOTO

Sabirabadda gənclər arasında intellektual oyun keçirilib - FOTO

  • 25 sentyabr 2025, 23:42
Sabirabad

Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsi və “Suqovuşan” İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə intellektual oyun təşkil olunub.

Gənclər Evindən Yurd.Media-ya bildirilib ki, keçirilən tədbir gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların düşünmə qabiliyyətinin inkişaf etdirilməsi, komanda ruhunun gücləndirilməsi və intellektual bacarıqlarının dəstəklənməsi məqsədi daşıyıb. Yarış gənclər tərəfindən böyük maraqla qarşılanıb və tədbir boyu yüksək həyəcan müşahidə olunub.

Komandalar suallara düzgün cavab tapmaq üçün əzmlə mübarizə aparıblar. Final mərhələsinə qədər davam edən rəqabət yarışa xüsusi gərginlik və dinamika qatıb.

Nəticədə qaliblər aşağıdakı kimi müəyyən olunub:

I yer – “Atom” komandası yüksək bilik və güclü komanda ruhu nümayiş etdirərək birinciliyə yiyələnib;

II yer – “BigBang” komandası çevik düşüncə və strateji yanaşması ilə ikinci yeri qazanıb;

III yer – “Antanta” komandası inamlı çıxışı və möhkəm birlik nümunəsi ilə ilk üçlüyü tamamlayıb.

Yarış bir daha təsdiqləyib ki, gənclərin düzgün istiqamətdə dəstəklənməsi onların yaradıcılıq, məntiq və liderlik bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.

Tədbirin sonunda bütün iştirakçılara təşəkkür edilib. Sabirabad Gənclər Evi bildirib ki, gənclərin intellektual inkişafına xidmət edən layihələr bundan sonra da davam etdiriləcək.

Prime Leasing