SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Azərbaycanda minaya düşən mülki şəxslərə ayrıca yanaşmanın tətbiqi təklif olunur

Azərbaycanda minaya düşən mülki şəxslərə ayrıca yanaşmanın tətbiqi təklif olunur

Azərbaycanda minaya düşən və kasetli bombalardan zərər çəkmiş mülki şəxslərə ayrıca yanaşmanın olması təklif olunur.

Milli Məclisin deputatı Razi Nurullayev Yurd.Media-ya bildirib ki, zərər çəkmiş mülki şəxsləri müharibə veteranı, müharibə əlili kateqoriyasına daxil edilməsi üçün parlamentə təklif verib:

"Bu zaman onlar daha çox əlillik pulu ala bilərdilər və düşünürəm ki, bu onların haqqıdır".

Deputat qeyd edib ki, Azərbaycanda mina və kasetli silahlardan zərər çəkmiş mülki şəxslərə dövlət qayğısı göstərilir:
 
"İstər mina partlayışı zamanı, istər kasetli silah nəticəsində həyatını itirənlərlə bağlı qanunvericilik səviyyəsində artıq işlər aparılıb. Onlara tibbi müayinədən sonra uyğun əllik dərəcəsi verilir, dövlətin təşkil etdiyi sosial güzəştlərdən istifadə edirlər".

Prime Leasing