SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Biləsuvarda işıqların tez-tez sönməsi sakinləri təngə gətirib

Biləsuvarda işıqların tez-tez sönməsi sakinləri təngə gətirib

  • 26 sentyabr 2025, 13:19
Biləsuvar

Biləsuvar şəhəri və rayonun bir çox kəndlərində elektrik enerjisinin tez-tez kəsilməsi əhali arasında narazılığa səbəb olub.

Bu barədə Yurd.Media-ya rayon sakinləri məlumat verib. 

Onların sözlərinə görə, son günlər müxtəlif saatlarda baş verən işıqların sönməsi sakinlərin gündəlik həyatına ciddi təsir göstərir.

Rayon sakinlərinin sözlərinə görə, elektrik kəsintiləri qəfil baş verir və uzun müddət davam edir. Bu da məişət avadanlıqlarının sıradan çıxması, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların işində problemlər yaradır.

Sakinlər bildirirlər ki, işıqların tez-tez sönməsi xüsusilə axşam saatlarında çətinliklər törədir. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problem tam həllini tapmayıb. İşıq kəsintilərinin səbəbi kimi bəzən hava şəraiti, bəzən isə texniki nasazlıqlar göstərilir.

Sakinlər ümid edirlər ki, yaxın vaxtlarda bu problemin aradan qaldırılması üçün tədbirlər görüləcək və Biləsuvar rayonunda elektrik enerjisinin verilişi sabitləşəcək.

Prime Leasing