SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Avtobuslarda ilkin tibbi yardım çantası var, amma ürəyi sıxılanı su ilə ayıldırlar - VİDEO

Avtobuslarda ilkin tibbi yardım çantası var, amma ürəyi sıxılanı su ilə ayıldırlar - VİDEO

İctimai nəqliyyatda tibbi yardım çantalarının istifadəsi vacibdir.

Yurd.Media xəbər verir ki, gün ərzində avtobuslardan xeyli insan istifadə etsə də bir çoxlarının belə bir çantanın olduğundan xəbəri yoxdur.

"AZTV"-yə danışan sərnişinlər isə bildirirlər ki, kiminsə  halı pisləşəndə su ilə ayıldırlar.

"BAKU BUS" MMC-nin mətbuat katibi Əsmər Əliyeva hər ay tibbi yardım çantalarının yoxlanıldığını, həmçinin sürücülərin işə qəbulu zamanı tibbi yardım təlimlərindən keçdiklərini bildirib:

"Hər bir sürücü ayda bir dəfə mütəmadi olaraq, tibbi çantalarının yoxlanılması prosesində yaxından iştirak edir. Bu sürücülər üçün vacibdir. Bu həm sərnişinlərin təhlükəsizliyi, həm də rahatlığı baxımından vacibdir".

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, istənilən növ nəqliyyat vasitələrində ilkin tibbi yardım çantasının olması vacibdir:

"Əks halda həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görüləcəkdir".

Prime Leasing