SÜJET
Tovuzun Əlimərdanlı kəndində anti-sanitar vəziyyət yaranıb.
Yurd.Media xəbər verir ki, tullantı yığılmaq üçün xüsusi qablar yoxdur.
“ATV Xəbər”ə danışan sakinlər zibillərin günlərlə daşınmadığını bildiriblər:
“Zibil qoxusu küçələri bürüyüb. Həftədə bir dəfə gəlməli olan zibil maşını zamanında gəlmir. İstəyimiz budur ki, kənddə bir neçə yerə zibil qabları qoyulsun”,- deyə sakinlər qeyd ediblər.
Məsələ ilə bağlı kənd bələsiyyəsindən deyilib ki, kəndin zibillərinin daşınması ilə bağlı problem 10 gündür ki yaranıb. Səbəb işçi qüvvəsinin olmamasıdır.
Ətraflı süjetdə: