SÜJET
NZS qəsəbəsi, Aşıq Qurban 25 ünvanında zavoda aid olduğu deyilən boru kəməri aylardır ki deşilib.
Yurd.Media xəbər verir ki, tərkibi məlum olmayan maye küçəyə axır və ətrafa kəskin qoxu yayılır.
Sakinlər “ATV Xəbər”ə bildiriblər ki, bu mayenin alışabilən olmasından ehtiyat edirlər. Onlar küçədə vaxt keçirən övladları üçün narahatdırlar.
Əraziyə yaxınlaşan SOCAR əməkdaşları problemin tezliklə həll olunacağını bildiriblər.