SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Binəqədinin bəzi ərazilərində işıq olmayacaq

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq

  • 11 avqust 2025, 15:39

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Yurd.Media-ya verilən məlumata görə, tlektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Prime Leasing