SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib

Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib

  • 13 avqust 2025, 16:59

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Prime Leasing