SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Böyük Qayıdış: Ağdam və Qırmızı Bazara 400-dən çox insan köçdü

Böyük Qayıdış: Ağdam və Qırmızı Bazara 400-dən çox insan köçdü

  • 21 aprel 2026, 21:41
Xocavənd

Qırmızı Bazar qəsəbəsi 17 ailəyə qucaq açıb.

Yurd.Media xəbər verir ki, bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 74 nəfərdən ibarət 17 ailə köçürülüb.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.

Bugün Ağdam şəhərinə isə 332 nəfərdən ibarət 92 ailə köçüb, evlərin açarları onlara təqdim olunub.

Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları