Son dövrlər bir sıra mağaza şəbəkələrində əmək münasibətləri ilə bağlı qanun pozuntularının artması müşahidə olunur. Müqaviləsiz işə qəbul, normadan artıq işlətmə, əməkhaqqının gecikdirilməsi, əsassız cərimələr və işdən çıxarma hədələri kimi hallar baş verir. Bəs bu cür qanunsuzluqlara yol verən işəgötürənləri qanunvericilikdə hansı məsuliyyət gözləyir və zərərçəkən işçilər hüquqlarını necə qoruya bilərlər?
Məsələ ilə bağlı hüquqşünas Cavanşir Qasımzadə Yurd.Media-ya bilidirib ki, hər bir vətəndaş öz əmək hüquqlarını dərindən bilməli və tələb etməlidir:
"Əmək müqaviləsi olmayan işçi hüquqlarını qorumaq üçün ilk növbədə iş yerində həqiqətən çalışdığını təsdiq edən sübutlar toplamalıdır. Bunlara - iş yoldaşlarının şahidliyi, maaş ödənişlərinə dair qəbzlər, işlə bağlı yazışmalar və ya video görüntülər aid ola bilər. Əgər belə bir hal baş verərsə, vətəndaş rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət etmək hüququna malikdir. Bunun kimi halların qarşısının alınması üçün hər bir şəxs işə başladığı ilk gündən yazılı müqavilə tələb etməli və qeyri-leqal məşğulluqdan imtina etməlidir".
Hüquqşünas onu da vurğulayıb ki, müqaviləsiz işləmək gələcəkdə sosial sığorta və pensiya hüquqlarından məhrum olmaq deməkdir:
"İşəgötürənlər tərəfindən tətbiq edilən qanunsuz cərimələr və artıq iş saatları barədə aidiyyatı qurumlara vaxtında məlumat verilməlidir.
Əmək haqqının gecikdirilməsi zamanı bank çıxarışları ən etibarlı vasitədir. İşdən qanunsuz çıxarılma halında dərhal hüquqi məsləhət almaq tövsiyə olunur. Dövlət nəzarəti mexanizmləri bu cür pozuntuları aşkar etdikdə, işəgötürəni ciddi şəkildə cəzalandırır".
hüquqşünas Cavanşir QasımzadəHüquqşünas vurğulayıb ki, "müqavilə rəsmiləşdirilir" adı altında real olaraq rəsmiyyətə alınmayıbsa, məsələ əmək mübahisəsi konteksdən çıxır, cinayət məsuliyyəti yarada bilər:
"Çünki burada etibardan sui-istifadə etmək var. Şəxs iş yerinin sahibinə güvənir və hesab edir ki, əmək müqaviləsi rəsmiləşəcək, lakin rəsmiləşmir. Burada həm əmək münasibətləri üzrə qayda pozulması var həm də şəxsə bunun nəticəsində zərər dəyibsə, əmək haqqı verilməyibsə, bu əmək müqaviləsinin rəsmiləşməməsi, hətta şəxsi yalandan rəsmiləşdiyini bildirdiyinə görə, bu zaman dələduzluq üzrə cinayət məsuliyyəti yarana bilər".
İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədov isə Yurd.Media-ya bilidirib ki, Əmək Məcəlləsində qanun pozuntularının formalaşdırılması və bunun tətbiqi İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə tənzimlənir.
Hüquqi şəxslərə iyirmi beş min manata qədər cərimə tətbiq edilir. Bu sadəcə bir işçi üçün nəzərdə tutulur:
"Ümumiyyətlə tək mağazalar şəbəkəsində deyil, bu tip fəaliyyətlə məşğul olan şirkətlərdə müəyyən formada əmək qanunvericiliyinin pozulması halları görünür. Ən çox rast gəlinən hal normadan artıq işləməkdir. Əmək Məcəlləsinə əsasən, həftəlik iş saatı 40 saat olmasına baxmayaraq, bir çox iş yerlərində 60 saatı keçir. Nəticədə mövcud qanunvericilik tələblərini pozulur.
İşəgötürənin işçiyə minimum əmək haqqının verilməsi, qeyri-rəsmi çalışdırması, əmək məzuniyyətinin düzgün hesablanmaması və ya əmək haqqının gecikməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, cərimə tətbiq edilir. Digər halda isə mağazalar şəbəkəsində işçilərə iş saatından artıq işlədilməsinə görə gündəlik əlavə olaraq əmək haqqının iki misli qədər məvacib tətbiq edilməlidir. Təbiidir ki, bir çox yerlərdə bu ödənişlər yerinə yetirilmir. Bu tip fəaliyyətlə məşğul olan şirkətlərdə və yaxud mağazalarda növbəli iş rejimləri tətbiq edilməlidir".
R.Əhmədov vurğulayıb ki, şirkətlər özləri də bilirlər ki, rəsmi qaydada fəaliyyət göstərməlidirlər:
"İş prosesində ola bilər işçinin başına hər hansısa bir hadisə gəlsin və bu zaman həmin şirkət hər tərəfli zərərə uğraya bilər. Ona görə də bütün sənədləşmə prosesləri yerində olmalıdır".
İnsan Resursları üzrə mütəxəssis Röyal ƏhmədovO qeyd edib ki, Əmək müqaviləsi olmayan işçi hüquqlarını qorumaq üçün ilk növbədə iş yerində həqiqətən çalışdığını təsdiq edən sübutlar toplamalıdır:
"Bunlara iş yoldaşlarının şahidliyi, maaş ödənişlərinə dair qəbzlər, işlə bağlı yazışmalar və ya video görüntülər aidola bilər. Əgər belə bir hal baş verərsə, vətəndaş rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müracit etmək hüququna malikdir. Bunun kimi halların qarşısının alınması üçün hər bir şəxs işə başladığı ilk gündən yazılı müqavilə tələb etməli və qeyri-leqal məşğullqdan imtina etməlidir. Müqavilsiz işləmək gələcəkdə sosial sığorta və pensiya hüquqlarından məhrum olmaq deməkdir. İşəgötürənlər tərəfindən tətbiq edilən qanunsuz cərimələr və artıq iş saatları barədə aidiyyatı qurumlara vaxtında məluma tverilməlidir.
İşçilərin hüquqlarını qoruması üçün mühüm olan məqamlar qismində Sübutların toplanması prosesində fotoşəkillər və elektron məktublar böyük əhəmiyyət kəsb edir. Müəssisədə daxili qaydalara əməl edildiyini göstərən sənədlər də işə yarayır. Əmək haqqının gecikdirilməsi zamanı bank çıxarışları ən etibarlı vasitədir. İşdən qanunsuz çıxarılma halında dərhal hüquqi məsləhət almaq tövsiyə olunur. Dövlət nəzarəti mexanizmləri bu cür pozuntuları aşkar etdikdə işəgötürəni ciddi məsuliyyət gözləyir. Hərbir vətəndaş öz əmək hüquqlarınıdərindən bilməli və tələb etməlidir".