SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Vakansiya çox, amma uyğun namizəd yoxdur - Gənclər niyə iş tapa bilmir? - ARAŞDIRMA

Vakansiya çox, amma uyğun namizəd yoxdur - Gənclər niyə iş tapa bilmir? - ARAŞDIRMA

Azərbaycanda son dövrlər iş elanlarının kifayət qədər olmasına baxmayaraq, iş tapa bilməyən gənclərin də xeyli sayda olduğu nəzərə çarpır.

Bəzi işsiz gənclər illərdir uyğun iş axtardıqlarını bildirirlər. Onların bir çoxu ixtisasları üzrə müraciət etdiklərini və nəticə əldə edə bilmədiklərini qeyd edirlər. Daha çox sadalanan problemlər səbəblər maaşın az, iş saatlarının çox və iş rejiminin ağır olması göstərilir. Digər tərəfdən gənclər bir sıra vakansiyaların etibarlı olmadığı ilə bağlı həyacan təbili çalırılar.

İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva mövzu ilə bağlı Yurd.Media-ya bildirib ki, problemin əsas səbəblərindən biri təhsil ilə əmək bazarı arasında uyğunsuzluqdur.

Onun sözlərinə görə, ali təhsil müəssisələri daha çox nəzəri biliklərə üstünlük verir, halbuki iş həyatı praktik bacarıqlar tələb edir:

“Ən böyük fərq ondadır ki, iş bazarında nəyi bildiyin yox, nəyi edə bildiyin önəmlidir”.

Ekspert qeyd edib ki, "entry-level" vəzifələrdə belə təcrübə tələbi gəncləri çətin vəziyyətə salır. Bununla yanaşı, son illərdə işəgötürənlər arasında potensial və şəxsi keyfiyyətlərə daha çox önəm verilməsi tendensiyası müşahidə olunur.

İnsan resursları üzrə mütəxəssis Sevda Quliyevaİnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva

Ekspertin fikrincə, bəzi gənclərdə maaş və vəzifə ilə bağlı gözləntilər də yüksəkdir:

“Sosial media və "uğur hekayələri" gənclərdə tez yüksəlmək istəyi yaradır. Halbuki ilk illər daha çox öyrənmə mərhələsidir və maaş təcrübə ilə artır. Hazırda əmək bazarında ünsiyyət və komanda işi, İT və proqramlaşdırma, data analitika və rəqəmsal marketinq, dizayn və xarici dillər üzrə bacarıqlara tələbat artır".

Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev Yurd.Media-ya bildirib ki, gənclərin məşğulluğunun artırılması üçün bir sıra proqramlar həyata keçirilir.

Onun sözlərinə görə, sosial iş yerləri proqramı çərçivəsində işə qəbul olunan şəxslərin əməkhaqlarının bir hissəsi 3–12 ay müddətində dövlət tərəfindən maliyyələşdirilir. Bu isə işəgötürənlər üçün əlavə stimul yaradır və gənclərin işə qəbulunu təşviq edir.

Agentlik rəsmisi qeyd edib ki, kvotadan əlavə yaradılan iş yerlərində də əməkhaqlarının qismən qarşılanması nəzərdə tutulur:

"Məqsəd işəgötürənlərin maliyyə yükünü azaltmaq və təcrübəsi olmayan gənclərin işlə təmin olunmasını asanlaşdırmaqdır".

Dövlət Məşğulluq Agentliyinin rəsmisi Mayis MusayevDövlət Məşğulluq Agentliyinin rəsmisi Mayis Musayev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları