SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
İsmayıllıda yüzlərlə ailə iki aydır içməli susuz qalıb

İsmayıllıda yüzlərlə ailə iki aydır içməli susuz qalıb

İsmayıllı şəhərinin M. Əsədov, T. İsmayılov və Koroğlu məhəllələrində yaşayan yüzlərlə ailə iki aydır içməli su çatışmazlığı problemi ilə üzləşir.

Yurd.Media xəbər verir ki, İsmayıllı Su Meliorasiya Sistemləri İdarəsindən “Xəzər Xəbər”a verilən məlumata görə, su kəsintilərinə əsas səbəb yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar suya olan tələbatın kəskin artmasıdır.

Eyni zamanda, şəhəri içməli su ilə təmin edən və Xanəgah kəndi ərazisindən keçən Qız Qalası su mənbəyindən qidalanan Xanəgah–İsmayıllı magistral su xəttində baş verən qəzalar səbəbindən təmir-bərpa işləri aparılır.

“Havaların həddindən artıq isti keçməsi və əsas magistral xətdəki qəzalar səbəbindən bəzi məhəllələrdə su təchizatı fasilələrlə həyata keçirilir”, – idarədən bildirilib.

Qurum nümayəndələri yaxın günlərdə təmir işlərinin tamamlanacağını və suyun fasiləsiz verilişinin bərpa olunacağını açıqlayıb.

Prime Leasing