Göyçayda bu kəndlər 7 aydır su üzünə həsrətdir

Göyçayda bu kəndlər 7 aydır su üzünə həsrətdir

Göyçayın Qarayazı, Qaraməryəm, Yekəxana, Şahsultanlı və Bığır kəndlərində təsərrüfat suyunun verilməsində ciddi problemlər yaşanır.

Yurd.Media xəbər verir ki, Qarayazı kənd sakinlərinin "Xəzər Xəbər"ə bildiriblər ki, kəndə sonuncu dəfə su ötən ilin sentyabr ayında gəlib. Onların sözlərinə görə, əvvəllər kənddə su bol olub, indi isə suya həsrət qalıblar.

Sakinlər qeyd edirlər ki, su mənbəyində mövcud olsa da, hansı səbəbdən kanallara buraxılmadığı bilinmir. Onlar çarəsizlikdən bəzən mal-qara üçün nəzərdə tutulan sudan da istifadə etdiklərini bildiriblər.

Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən verilən məlumata görə, rayon ərazisində yerləşən Yekəxana su anbarından ümumilikdə 7 kənd su ilə təmin olunur. Hazırda su kanallarında mövsümi təmir işləri aparılır. Bığır kəndinə gedən kanalın Qarayazı hissəsində isə sakinlər tərəfindən atılan məişət tullantıları və ölmüş heyvan qalıqları səbəbilə tıxac yaranıb. Bu da suyun verilməsində fasiləyə səbəb olub. İdarədən bildirilib ki, texnika və canlı qüvvə əraziyə cəlb olunub və tıxanmış hissə açıldıqdan sonra suyun verilməsi bərpa ediləcək.