SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Gəncə şəhərində qazın verilişi bərpa olundu

Gəncə şəhərində qazın verilişi bərpa olundu

  • 10 iyul 2025, 15:21

Gəncə şəhərində ikigünlük fasilədən sonra təbii qazın verilişi tam bərpa edilib.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, şəhərin bəzi ərazilərinin "mavi yanacaq"la təchizatı ötən gün axşamdan mümkün olub.

Xatırladaq ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaztənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-i və 9-da “Gəncə-1", "Gəncə-2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatı dayandırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları