SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağdaşda əmək yarmarkasında 100-ə yaxın iş yeri təqdim olunub

Ağdaşda əmək yarmarkasında 100-ə yaxın iş yeri təqdim olunub

Ağdam

Ağdaş rayonunda növbəti dəfə əmək yarmarkası keçirilib.

Ağdaş rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil olunub.

Yurd.Media xəbər verir ki, yarmarkada Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Məşğulluq filialının əməkdaşları, işəgötürənlər, rayon sakinləri və ictimaiyyətin  nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə təşkil olunan  əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər aktiv iştiraka dəvət edilib.

Dövlət və özəl sektordan olan 20 işəgötürənin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 100-ə yaxın vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edənlərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Yarmarkada vətəndaşlara digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları