SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu kənddə bankomat yoxdur: Pensiyaçılar yollarda qalır - VİDEO

Bu kənddə bankomat yoxdur: Pensiyaçılar yollarda qalır - VİDEO

Qazax

Qazax rayonu Aslanbəyli kəndinin sakinlərinin istifadəsi üçün bankomat yoxdur.

Yurd.Media xəbər verir ki, kənd sakinləri bankomatdan istifadə üçün 7 km aralıda olan Kəmərli və ya Yuxarı Salahlı kəndi və Qazax rayonunun mərkəzinə getməli olurlar.

Aslanbəyli sakinləri "AZTV Xəbər"-ə bildiriblər ki, bankomatdan pul çıxarmaq üçün 7-8 manata taksi sifariş edirlər, gedəndə də ya gözləməli olurlar, ya da terminalda pul olmur.

Bankomatla bağlı çətinlik bir çox digər ucqar kəndlərdə də müşahidə olunub.

Azərbaycan Beynəlxalq Bankın (ABB) mətbuat katibi Yadigar Cəfərli kənddə bankomatların yerləşdiriləcəyini bildirib:

"Hazırda Qazax rayonu ərazisində ABB-nin ümumən 12 bankomatı var. Həmin kəndə yaxın ərazilərdə 2 bankomatımız fəaliyyətdir. Müştərilərin istəklərini nəzərə alaraq, gələcəkdə kəndin özündə də bankomatın quraşdırılması məsələsinə baxıla bilər".

Kapital Bankın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Arzu Əliyeva bildirib ki, məsələ ilə bağlı banka müraciət olunmayıb:

"Qazax rayonun Aslanbəyli kənd sakinləri adından bankomat quraşdırılması ilə bağlı heç bir müraciət almamışıq. Bu mövzuda narahatlığı olan vətəndaşlarımız 196 sorğu mərkəzinə, yaxud ən yaxın Kapital Bank filialına müraciət edə bilərlər".