Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.
Yurd.Media-nın məlumatına görə, metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə o, 200 manat cərimələnib. Xanım sərnişin rabitədən bir neçə dəfə istifadə edərək maşinistə suallar ünvanlayıb. O, maşinistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.
Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb.