SÜJET
“Bravo” supermarketin Lökbatan filialındakı məntiqsiz qiymət siyasəti alıcıların diqqətini cəlb edib.
Yurd.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə supermarketdə "ACE" ağardıcı vasitənin 1 litrlik qablaşdırmada qiymətinin 2,80 AZN, eyni məhsulun 2 litrlik qablaşdırmada qiymətinin isə 5.99 AZN təşkil etdiyi görünür.
Məntiqlə böyük qablaşdırma almağın üstünlük verməsini nəzərə alanda burada təklif olunan qiymətə görə 2 ədəd 1 litrlik təmizlil vasitəsi böyük qablaşmadan daha ucuz başa gəlir.