SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
36 000 manata nömrələr hərraca çıxarılır - SİYAHI

36 000 manata nömrələr hərraca çıxarılır - SİYAHI

  • 29 aprel 2025, 12:09

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.

Yurd.Media xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb.

Elandakı nömrələrin qiyməti 4000-36000 manat aralığındadır.

Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.

Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Prime Leasing