SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
AL Market mağazalar şəbəkəsi BAĞLANIR?

"AL Market" mağazalar şəbəkəsi BAĞLANIR?

  • 07 may 2025, 11:40

Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:

"Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir", - deyə M.Əsədova bildirib.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də "AL Market" mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdıracağı ilə bağlı məlumat yayılmışdı.