SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

  • 07 may 2025, 19:58

Bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə olacaq.

Yurd.Media xəbər verir ki, 8 may 2025-ci il tarixində saat 09:00-dan etibarən bir sıra ərazilərdə qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, fasilə Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən xəttin təmiri, "Qaradağ-Sumqayıt" magistral qaz kəmərində sızmanın aradan qaldırılması, yeni çəkilmiş xəttin şəbəkəyə qoşulması və siyirtmənin təmiri ilə əlaqədardır.

Bu səbəbdən Sahil qəsəbəsinin tam, Sumqayıt şəhərinin isə bir hissəsinin (Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bundan əlavə, Naxçıvan Qaz İstismar Xidmətindən bildirilib ki, 219 mm-lik borunun korroziyaya uğraması səbəbilə yeraltı xətlər yerüstü xətlərlə əvəzlənəcək. Bu səbəbdən 8 may tarixində saat 09:00-dan etibarən Babək rayonunun Babək şəhəri, Qoşadizə kəndi, N saylı hərbi hissə və Naxçıvan hava limanında da qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.