Mütəxəssislərin fikrincə, yumurtanın orqanizmə müsbət və ya mənfi təsiri birbaşa onun bişirilmə üsulu ilə bağlıdır. Qanda xolesterin səviyyəsi yüksək olan şəxslər üçün yumurtanın doğru şəkildə hazırlanmasının bir neçə effektiv yolu mövcuddur.
Yurd.Media xarici mətbuata istinadın xəbər verir ki, ən əlverişli üsullardan biri yalnız yumurtanın ağ hissəsindən istifadə edərək sarısını kənarlaşdırmaqdır. Belə ki, yumurtanı tam qaynadaraq sarısını ayırmaq mümkündür.
Amerika Kardioloji Assosiasiyası tərkibində xolesterin və doymuş yağlar çox olan ərzaqların qəbulunu azaltmağı tövsiyə edir. Mənbədə vurğulanır ki, iki ədəd yumurta ağı tam yumurtaya nisbətən daha yüksək miqdarda zülal təmin edir, eyni zamanda onların tərkibində xolesterin və doymuş yağlar yoxdur.
Digər tərəfdən, bəzi elmi tədqiqatlar sübut edir ki, tam yumurta daha uzunmüddətli doyma hissini qorumağa yardım edir. Lakin təkcə ağ hissələr hər vaxt tam qidalanma ehtiyacını ödəmir. Bu səbəbdən onları xolesterin göstəricilərini normal həddə saxlamağa dəstək verən qida məhsulları ilə birgə qəbul etmək daha məqsədəuyğundur. Misal üçün, həll olunan liflə zəngin yulaf yarması əla variant sayılır.
Yumurta ağları ilə birlikdə bir porsa yulaf yarması xolesterini nəzarət altında saxlamaq baxımından uğurlu səhər yeməyi hesab edilir. Əlavə olaraq, garnir kimi lif qaynağı olan lobyanı da qida rasionu ilə birləşdirmək tövsiyə olunur.