SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Yaddaşı gücləndirməyin əsas yolları açıqlandı

Yaddaşı gücləndirməyin əsas yolları açıqlandı

  • 11 aprel 2025, 23:52

Unutma probleminin getdikcə adiləşdiyi bu günlərdə hər kəs onun aradan qaldırılması üçün müxtəlif həll yollar axtarır.

Yurd.media "CNN TÜRK"-ə istinadən xəbər verir ki, Türkiyənin məşhur motivasiya yazarı Mümin Sekmanın beyinin açıq havada və ayaq üstə olanda daha yaxşı işlədiyini bildirir. İnsan beyninin ayaq üstə duranda təxminən 10 faiz daha çox işlədiyi düşünülür. O həmçinin qeyd edib ki, gəzərkən qollarınızı yelləmək beyninizin fəaliyyətinə müsbət təsir edir.

Yazar qeyd edib ki, xarici dil öyrənmək də beyni gücləndirir:

“Meditasiya və yoqa kimi zehni sakitləşdirən texnikalar üzərində işləmək lazımdır”.

Yazıda bol və təmiz oksigenin beyin üçün çox vacib olduğu vurğulanır:

“Beynimiz bədənimizin çəkisinin 2 faizini təşkil etsə də, bədənə daxil olan oksigenin 25 faizini istehlak edir. Oksigensiz qaldığımız zaman ölən ilk orqan beyindir”.

Həmçinin monotonluq da beyni yoran əsas amillərdəndir.

Prime Leasing