SÜJET
Ventilyatorlar isti havalarda sərinlik əvəzinə təhlükə yarada bilər.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, son elmi araşdırmalar ventilyatorların həddindən artıq isti və quru şəraitlərdə istifadəsinin faydadan çox zərər verə biləcəyini ortaya çıxarıb. Xüsusilə yaşlı insanlar və ürək xəstəliyi olanlar üçün bu risk daha yüksəkdir.
Ventilyatorlar müəyyən şəraitlərdə bədən temperaturunu düşürmək əvəzinə artıra bilər. Bu da ürək-damar sisteminə əlavə yük gətirərək sağlamlıq üçün ciddi təhlükə yaradır.
Sidney Universiteti, Monaş Universiteti və Adelaida Universiteti ilə Kanadada Monreal Ürək İnstitutundan olan tədqiqatçıların araşdırması nəticəsində müəyyən edilib ki, nəmli isti şəraitdə (38°C, 60% nəm) ventilyator istifadəsi bədən temperaturunu orta hesabla 0.1°C azaldır və insanlar özlərini daha rahat hiss edirlər. Maraqlıdır ki, ventilyator və dəri islatma birlikdə istifadə edildikdə bədən temperaturunda əhəmiyyətli dəyişiklik müşahidə edilməyib, lakin iştirakçılar bu kombinasiyada özlərini ən rahat hiss ediblər.
Tədqiqatçılar bunu belə izah edirlər: dərinin süni şəkildə isladılması bədənin təbii tərləmə mexanizmini baskılayaraq istiliyin xaricə atılmasını əngəlləyir. Sadəcə dəri islatma isə mərkəzi bədən temperaturunda ciddi dəyişiklik yaratmasa da, insanlar yenə də bir qədər rahatlıq hiss ediblər.
Tədqiqatın ən həyəcan verici nəticəsi isə quru və çox isti şəraitlərdə (45°C, 15% nəm) ortaya çıxıb. Bu şəraitdə ventilyator istifadəsi bədən temperaturunu 0.3°C artırıb. Yəni ventilyator, xaricdən isti havanı bədənə doğru üfləyərək, əslində bədəni daha da qızdırıb. Üstəlik, iştirakçılar özlərini daha narahat hiss ediblər.
Bu test zamanı təhlükə səbəbindən yalnız sağlam 31 nəfər ventilyator testinə daxil edilib, ürək xəstəliyi olan 27 nəfər isə bu riskli testdən kənarlaşdırılıb.