SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Xroniki ağrı tələsi: Mütəxəssisdən çıxış yolu

Xroniki ağrı tələsi: Mütəxəssisdən çıxış yolu

Azərbaycanda hər üç nəfərdən biri həyatının müəyyən dövründə xroniki ağrılarla üzləşir, lakin bu xəstələrin yalnız 40%-i adekvat müalicə alır. Algologiya üzrə tanınmış mütəxəssis Prof. Dr. Emine Nur Tozan bildirir ki, 3 aydan uzun davam edən ağrılar "xronik ağrı" kimi qəbul edilir və bu vəziyyətin müalicəsində ağrı dərmanlarının düzgün istifadəsi həlledici əhəmiyyət daşıyır.

"Xroniki ağrı sadəcə bir simptom deyil, artıq müstəqil bir xəstəlikdir və ona kompleks yanaşma tələb olunur", - deyə Prof. Tozan vurğulayır. O qeyd edir ki, ağrı dərmanları yalnız ağrı olduqda deyil, həkimin göstərişi ilə müəyyən müddət davamlı qəbul edilməlidir. Bu yanaşma müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır və ağrının yenidən kəskinləşməsinin qarşısını alır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, düzgün müalicə olunmayan xroniki ağrılar xəstələrin 70%-də depressiya və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur.

Mütəxəssis həmçinin ağrının növünün – sinir, əzələ və ya daxili orqan mənşəli – dəqiq müəyyən olunmasının və müvafiq dərmanın seçilməsinin vacib olduğunu vurğulayır:

"Hər ağrı eyni deyil və hər ağrıya eyni dərman kömək etmir. Neyropatik ağrılar üçün antikonvulsantlar, əzələ mənşəli ağrılar üçün mioreləksantlar, iltihabi ağrılar üçün isə qeyri-steroid iltihab əleyhinə preparatlar daha effektivdir".

Ağrı dərmanlarının, xüsusilə opioid qrupunun yan təsirləri ola bilər, parasetamolun isə uzun müddətli istifadəsi qaraciyər zədələnməsinə səbəb ola bilər. Statistikaya görə, dünyada hər il təxminən 33 min insan parasetamolun həddindən artıq istifadəsi səbəbindən qaraciyər problemləri yaşayır.

Prof. Tozan xəstənin ağrı səviyyəsi və həyat keyfiyyətinin mütəmadi olaraq qiymətləndirilməsini, lazım gəldikdə doza və müalicə planının dəyişdirilməsini tövsiyə edir:

"Ağrı gündəliyi tutmaq həm xəstə, həm də həkim üçün çox faydalıdır. Bu, müalicənin effektivliyini izləməyə və lazımi dəyişikliklər etməyə imkan verir".

Xroniki ağrının idarə olunmasında yalnız dərmanlarla kifayətlənməyərək, fiziki terapiya, psixoloji dəstək və sağlam həyat tərzinin də önəminə diqqət çəkir. Son tədqiqatlar göstərir ki, kompleks müalicə alan xəstələrdə ağrının azalması 60% daha effektiv olur.

"Xroniki ağrı ilə mübarizə marafondur, sprint deyil. Uzunmüddətli strategiya və səbr tələb edir", - deyə Prof. Tozan sözlərini yekunlaşdırır.

Prime Leasing