SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
D vitamini qəbul etmək üçün 15 dəqiqə kifayətdir

D vitamini qəbul etmək üçün 15 dəqiqə kifayətdir

Sümük sağlamlığı, immun sistemi və düzgün əhval-ruhiyyə üçün D vitamini olmazsa olmazdır.

Bədəndə mövcud olan bu vitamin aktiv hala gəlmək üçün günəş işığına ehtiyac duyur. Günəşlənmənin D vitamini sintezi üçün ən təbii yol olduğunu paylaşan Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Yeşim Yıldırım:

"Sağlamlığımız üçün D vitamini almaq istərkən yanlış şəraitdə günəşlənmə səbəbindən dəri xərçəngi riskini də artıra bilərik. Günəşdən gələn zərərli UV şüaları, melanoma yəni dəri xərçənginin bir nömrəli səbəblərindən biridir. Bu səbəbdən düzgün günəşlənmə şüurunu cəmiyyət genelində yaymaq vacibdir".

UV şüalarının ən dik bucaqla gəldiyi günorta saatlarında, dəri hüceyrələrinin mutasiyaya uğrayaraq dəri xərçəngi kimi həyati xəstəliklər yarada biləcəyini vurğulayan Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Yeşim Yıldırım, "Qısa müddətli D vitamini sintezi üçün açıq dərililər üçün 10-15, tünd dərililər üçün isə 20-30 dəqiqə kifayətdir. Günəş şüaları 09.00–10.30 arasında və ya 16.00-dan sonra dəyərləndirilməlidir. Bu müddət ərzində qollar, ayaqlar və üzün yalnız 20–25 faizi açıq qalmalıdır. Günəş kremi, çətir və ya papaq olmadan günorta saatlarında günəş altında 10-15 dəqiqədən çox qalmaq, dəridə DNA zədələnməsinə səbəb ola bilər.

D vitamininin dostumuz, UV artığının isə düşmənimiz olduğunu unutmamalıyıq" xəbərdarlığını etdi.

Prof. Dr. Yeşim Yıldırım, dəri xərçənginə qarşı alına biləcək tədbirləri sıraladı:

1. Həm UVA həm də UVB qorumalı günəş kremləri körpəlikdən etibarən yay-qış müntəzəm olaraq istifadə edilməlidir.

2. Papaq, günəş eynəyi və UV qorumalı geyimlərlə dəri qorunmalıdır.

3. İldə ən az bir dəfə böyüdücü bir cihazla dərinin yoxlanılması mənasına gələn dermoskopiya etdirilməlidir. Ailədə melanoma tarixçəsi varsa daha tez-tez nəzarətə gedilməlidir.

4. Bədəndəki bütün ləkə və xallar izlənilməli, dəyişiklik varsa qeyd edilməlidir.

5. Xalların rəng, şəkil və ya ölçülərində gözlə görünən dəyişikliklər fərq edilərsə vaxt itirmədən mütləq dermatoloqa müraciət edilməlidir.

6. Dermoskopik nəzarət edilmədən xallara hər hansı bir lazer və ya cərrahi müdaxilə etdirilməməlidir.

7. 10.30–16.00 saatları arasında mümkün olduğunca kölgədə qalınmalı, günəş işığına birbaşa təmasdan qaçınılmalıdır.

8. Süni qaralma cihazları dəri xərçəngi riskini artıracağı üçün solyariumdan uzaq durulmalıdır.

Prime Leasing