SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Ət və süd məhsullarına qarşı allergiya yaradan xəstəlik dünyaya yayılır

Ət və süd məhsullarına qarşı allergiya yaradan xəstəlik dünyaya yayılır

Yediyiniz ətdən saatlar sonra bədəniniz qaşınmağa, şişməyə və ya ani ağrılarla mübarizə aparmağa başlayırsa, problem qida zəhərlənməsi deyil, gənə dişləməsi ilə gələn gec başlayan ət və süd allergiyası ola bilər. Adı: Alfa-qal sindromu.

Elm adamlarına görə bu sirli xəstəlik, əsasən ABŞ olmaqla dünya miqyasında sürətlə yayılır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə ölkədə təxminən 450 min insan bu sindromdan təsirlənmiş ola bilər. Xəstəlik necə inkişaf edir?

Alfa-qal sindromu, adını "qalaktoz-alfa-1,3-qalaktoz" adlı şəkər molekulundan alır. Bu molekul inək, donuz, dovşan və maral kimi məməlilərin toxumalarında təbii olaraq mövcuddur, lakin insanlarda yoxdur. Bu şəkəri ehtiva edən gənə tüpürcəyi qana qarışdıqda, immun sistem onu təhlükə kimi qəbul edir və anticisimlər istehsal etməyə başlayır. Daha sonra ət və ya süd məhsulları kimi alfa-qal tərkibli qidalar qəbul edildikdə, immun sistem bu molekula qarşı səhvən allergik reaksiya verir.

Mütəxəssislər bu xəstəliyi tez-tez "qırmızı ət allergiyası" kimi təsvir etsələr də, alfa-qal sindromu yalnız ətlə məhdudlaşmır: süd, pendir, jelatin, bəzi dərmanlar (məsələn heparin) və hətta şəxsi qulluq məhsulları da allergiyaya səbəb ola bilər.

Əlamətlər gecikməli ortaya çıxır. Alfa-qal sindromunda simptomlar, yoluxmuş gənə ilə təmasdan 1-3 ay sonra ilk dəfə görünə bilər. Ət və ya süd istehlakından 2-6 saat sonra meydana çıxan əlamətlər bunları əhatə edə bilər: Şiddətli qaşınma və dəri səpkiləri Qarın ağrısı, ürəkbulanma, ishal, ağız, üz və ya boğazda şişmə Anafilaktik şok (həyati təhlükə yarada bilər).

Bir çox həkim bu əlamətləri tanımaqda çətinlik çəkə bilər. 2022-ci ildə aparılan bir araşdırmaya görə, ABŞ-dəki həkimlərin 42 faizi alfa-qal sindromunu əvvəllər heç eşitməmişdi. Hansı gənələr bu xəstəliyi daşıyır?

Ən məşhur daşıyıcı, ABŞ-nin cənub-şərqində geniş yayılmış lone star tick-dir(tənha ulduz gənəsi). Lakin artıq araşdırmalar, Avropa daxil olmaqla 6 qitədə müxtəlif gənə növlərinin bu xəstəliyi yoluxdura biləcəyini göstərir. Qara ayaqlı maral gənəsi (eyni zamanda Laym xəstəliyini də daşıyır) şəhər parklarında və bağçalarda belə görülə bilər.

Gənə dişləməsi zamanı, tüpürcəyində olan alfa-qal molekulları qana qarışır xəstəlik niyə yayılır?

Gənə populyasiyaları artır. İnsanlar təbiət gəzintiləri və kempinq kimi fəaliyyətlərlə daha çox risk altına girirlər. İqlim dəyişikliyi və artan maral sayı, gənələrin yayılma sahəsini genişləndirir. Notre Dame Universitetindən Parazitologiya Mütəxəssisi Prof. Lee Rafuse Haines:

"İllər əvvəl bu allergiyanın yalnız ABŞ-ın cənub-şərqi ilə məhdudlaşdığı düşünülürdü. Bu gün isə altı qitədə aşkar edilən hallar var”.

Müalicə mümkündürmü?

Hazırda alfa-qal sindromunun qəti bir müalicəsi yoxdur, lakin, ət, süd və jelatin tərkibli bütün heyvan mənşəli məhsullardan uzaq durmaq lazımdır. Yeni gənə dişləmələrindən mütləq qorunmaq vacibdir. Qida etiketlərini diqqətlə oxumaq və "alfa-qal ehtiva edə bilər" xəbərdarlıqlarına diqqət etmək vacibdir Bəzi xəstələrdə, təhrikedici məhsullardan illərlə uzaq qalındıqda allergiya zamanla azala bilər. Elmi qeyri-müəyyənliklər davam edir. Hansı fərdlərin allergiya inkişaf etdirdiyi hələ də tam olaraq bilinmir. Gənənin tüpürcəyindəki komponentlər mi, yoxsa dişləmə üsulu mu təhrik edir? Niyə bəzi şəxslər simptomsuz ikən digərləri həyati reaksiyalar yaşayır?

Elm adamları qarşıdakı 10 il ərzində, alfa-qal sindromunun qarşısının alınması, diaqnozu və müalicəsi mövzusunda mühüm inkişaflar olacağını düşünürlər. Gənə dişləməsinin qarşısını almaq üçün: Uzun qollu geyimlər və şalvar geyinin

Təbiətdə gəzərkən bədəninizi tez-tez yoxlayın

DEET tərkibli gənə qovucular istifadə edin

Ev heyvanlarınızı da gənəyə qarşı müntəzəm yoxlayın

Ət və ya süd istehlak etdikdən sonra gecikmiş allergik reaksiyalar yaşayırsınızsa, bir mütəxəssisə müraciət edərək alfa-qal sindromu testi etdirməyiniz tövsiyə olunur

Prime Leasing