SÜJET
Müxtəlif şirniyyat mağazalarında satılan un məmulatlarının hansı şəraitdə hazırlandığı bir çox hallarda sual doğurur.
Yurd.Media-nın məlumatına görə, sosial şəbəkədə Bakının Zivərbəy Əhmədbəyov 17 ünvanında yerləşən "Napoleon" şirniyyat evindəki anti-sanitar vəziyyətlə bağlı şok görüntülər yayılıb. Videoda şirniyyatlar üçün nəzərdə tutulan qabların içərisində tarakanların gəzdiyi aydın görünür. Daha dəhşətlisi isə, tort qəliblərinin tarakan gəzən səthə dağıldıqdan sonra heç bir dezinfeksiya edilmədən yenidən istifadəyə hazırlanmasıdır.
Həmin görüntüləri təqdim edirik: