SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Tibb mərkəzində lor həkimin sertifikatsız işlədiyi üzə çıxdı

Tibb mərkəzində lor həkimin sertifikatsız işlədiyi üzə çıxdı

  • 20 iyul 2026, 13:35

Həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Cahangir-2020 Lor Center” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qanun pozuntusu aşkar olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb.

Yoxlama zamanı Sumqayıt şəhəri, H.Əliyev prospekti, 208E ünvanında yerləşən “Cahangir-2020 Lor Center” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Söhbət oğlu Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib.

MMC-nin nümayəndəsi Cahangir İsmayılov bildirib ki, özəl klinika işlədir və oranın bəlli sayda həkimi var: “Nurlan adlı həkim 2021-ci ildə təhsilini bitirib. Həkimlər 5 ildən bir sertifkasiya olmalıdır. Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə gediblər. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlana ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir. Buna baxmayaraq daha sonra yenidən Nurlanı sertifikasiyadan keçirilməyə göndərdik. Yenə onu geri qaytardılar. Təxminən 20-30 dəfə nazirliklə telefon əlaqəsi saxladıq. Bizim yeganə səhvimiz sertifikasiyadan keçməyən işçini işlətmək olub”.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları