SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Şəmkirdə insulin ala bilməyən şəkər xəstələri qarşıdurma yaradıb - VİDEO

Şəmkirdə insulin ala bilməyən şəkər xəstələri qarşıdurma yaradıb - VİDEO

  • 23 oktyabr 2025, 20:11
Şəmkir

Şəmkir dövlətin ödənişsiz verdiyi dərmanlarını almaq üstündə xəstəxanada qarşıdurma yaranıb.

Yurd.Media xəbər verir ki, sosial şəbəkələrdə şəkərli diabet xəstələrinə dövlət hesabına verilən dərmanların paylanmasında yaranan problemlərə görə Şəmkir Rayon Mərkəzi Xəstəxanasındakı izdihamla bağlı görüntülər yayılıb.

Görüntülərdə şəkərli diabet xəstələrinin uzun növbələrdə saatlarla gözlədiyi, yaşlı insanların əsəblərini cilovlaya bilməyib qışqırdığı, xəstəxana daxilində gərginliyin yaşandığı müşahidə olunur.

Paylaşımda iddia olunur ki, xəstəxana şəkərli diabet xəstələrinə insulin dərmanlarını vaxtında paylamır. Bir çox xəstə artıq aylarla dərman ala bilmədiyini yazır.

“Mən 2 aydır bu növbənin əlindən insulin ala bilmirəm”, - bir vətəndaş qeyd edib.

Bildirilib ki, xəstəxanada dərman çatışmazlığı və təşkilati pozuntular səbəbindən insanlar hər dəfə eyni mənzərə ilə qarşılaşırlar:

Prime Leasing