SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Yuxusuzluğa səbəb olan xəstəliklər – somnoloqdan XƏBƏRDARLIQ

Yuxusuzluğa səbəb olan xəstəliklər – somnoloqdan XƏBƏRDARLIQ

  • 07 sentyabr 2026, 23:33

Depressiya və təşviş pozuntusu yuxusuzluğun əsas səbəblərindən ola bilər.

Yurd.Media xəbər verir ki, bu haqda yuxu mütəxəssisi Rafael Viqnal da Kosta fikirlərini bölüşüb.

Mütəxəssisin bildirdiyinə görə, yuxusuzluğun arxasında hipertoniya (yüksək arterial təzyiq), ürək çatışmazlığı, şəkərli diabet, yuxu zamanı tənəffüsün dayanması (apnoe), xroniki ağrı sindromu və parkinson xəstəliyi kimi ciddi səhhi problemlər dayana bilər. Gecə yuxusunun keyfiyyətsiz olması isə ürək tutması, aritmiya və insult yaranma ehtimalını yüksəldir.

Təbib həmçinin qeyd edib ki, depressiya və təşviş pozuntusu da əksər hallarda yuxusuzluğa yol açır. Depressiya halında insanın yuxusu mütəmadi olaraq kəsilir və o, səhər erkən saatlarda oyanır. Təşviş pozuntusu zamanı isə daxili gərginlik hissi və narahatçılıq şəxsin tam istirahət etməsinə əngəl törədir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları