Milyonlarla insanın hər gün sağlamlığa faydalı içki olaraq istehlak etdiyi yaşıl çay müəyyən dərman preparatları ilə birgə qəbul edildikdə ciddi risklər yarada bilər.
Yurd.Media xəbər verir ki, əczaçılar və qidalanma üzrə ekspertlər xəbərdarlıq ediblər ki, yaşıl çay bəzi dərmanların effektivliyini zəiflədə və ya onların əlavə təsirlərini gücləndiə bilər.
Yaşıl çayın xüsusilə dörd kateqoriyaya aid dərmanlarla eyni zamanda istifadəsi risk törədir:
Qan durulaşdırıcılar (antikoaqulyantlar)
Əczaçı Jessica Beal qeyd edib ki, yaşıl çayda olan K vitamini Warfarin kimi qan durulaşdırıcı preparatların effektivliyini azalda bilər. Bu vəziyyət qanın laxtalanma ehtimalını artırır.
Stimullaşdırıcı preparatlar (DEHB müalicəsi və s.)
Yaşıl çayın tərkibindəki kofein stimullaşdırıcı dərmanlarla kombinasiya olunduqda ürək ritmlərinin, arterial təzyiqin və həyəcan hissinin təhlükəli həddə yüksəlməsinə gətirib çıxara bilər.
Dəmir tərkibli əlavələr
Araşdırmaların nəticələrinə əsasən, yaşıl çaydakı müəyyən komponentlər dəmirin bədən tərəfindən udulmasını əngəlləyir. Bu hal anemiya yaranma riskini artırır.
Psixi sağlamlıq preparatları
Mütəxəssis Sheeri Jonnala bildirdir ki, yaşıl çaydakı kofein bəzi antidepresan və antipsikotik dərmanların təsir mexanizmini dəyişdirə, bədəndə preparat konsentrasiyasını yüksəldə və ciddi əlavə təsirlərə səbəb ola bilər.
Ekspertlər qeyd edirlər ki, yaşıl çay faydalı xüsusiyyətlərə malik olsa da, müəyyən dərmanlarla paralel istifadəsi sağlamlıq baxımından təhlükə yaradır.