Dırnaq gelləri xanımlar arasında geniş yayılmış kosmetik prosedurlardan biridir.
Hər kəs gözəl görünmək arzusundadır, lakin bu prosedurun sağlamlığa mümkün zərərləri öyrənildikdən sonra eyni fikirdə qalıb-qalmayacağımız sual doğurur.
Risklər nədən ibarətdir?
Yurd.Media xəbər verir ki, mövzu ilə bağlı dermatoveneroloq Sevinc Kərimova açıqlama verərək bildirib ki, gel laklar uzun müddət dırnaq üzərində qaldığına görə onlara nəfəs almaq imkanı vermir. Eyni zamanda, bu gellərin bərkidilməsi prosesində müəyyən müddət şüa altında qalan dırnaqlarda xərçəng, sonsuzluq kimi ciddi sağlamlıq problemləri meydana gələ bilər:
"Uzunmüddətli istifadə nəticəsində dırnaq gelləri dırnaq səthini zəiflədir, qırılma və soyulma hallarına yol açır. Bundan başqa, bu məhsulların tərkibindəki bəzi kimyəvi komponentlər allergik reaksiyalara, həmçinin dəridə yanma və qızartıya gətirib çıxara bilər. UV lampa altında qurudulan gel lakların dəridə vaxtından əvvəl qocalma və dəri xərçəngi riskini artırdığı da vurğulanır".
Mütəxəssislər xüsusi olaraq qeyd edirlər ki, bu tip gözəllik prosedurlarını mütəmadi olaraq tətbiq etdirmək istəyən şəxslər arada dırnaqlara istirahət müddəti verməli və yalnız keyfiyyətli məhsullardan istifadəyə üstünlük tanımalıdırlar. Əks halda, gözəllik naminə atılan bu addım sağlamlığa ciddi ziyan vura bilər.