SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sadə əl hərəkətləri ilə beyin şişi riski müəyyən edilə bilər? - VİDEODAKI testlə yoxla

Sadə əl hərəkətləri ilə beyin şişi riski müəyyən edilə bilər? - VİDEODAKI testlə yoxla

Sosial şəbəkələrdə "Medifectious" istifadəçi adı ilə tanınan bir ingilis həkim, cəmi 30 saniyəlik sadə bir əl testi ilə beyində ciddi bir sağlamlıq probleminin aşkar edilə biləcəyini iddia edib.

Yurd.Media xarici mediaya istinadən xəbər verir ki, həkimin "TikTok" platformasında təxminən 200 min baxış toplayan videosu qısa müddətdə geniş marağa səbəb olub.

Həkimin təqdim etdiyi test zamanı bir əlin içi digər əlin arxa tərəfində yerləşdirilir və ovuc içi sürətlə yuxarı-aşağı çevrilir. Daha sonra eyni hərəkət əlləri dəyişdirərək təkrarlanır. Bu üsul, "disdiadokokineziya" adlanan, sürətli və ardıcıl hərəkətləri yerinə yetirə bilməmə vəziyyətinin müəyyən edilməsinə kömək edir.

Disdiadokokineziya, beynin hərəkət koordinasiyasını tənzimləyən hissəsi olan beyincikdəki (serebellum) bir problemin göstəricisi ola bilər. Bu cür pozuntular isə beyin şişləri və digər nevroloji xəstəliklərin ilkin əlaməti ola bilər.

Dr. Medifectious videoda "Hər kəs bu hərəkəti yerinə yetirə bilməlidir. Əgər edə bilmirsinizsə, mütləq həkimə müraciət edin" deyə xəbərdarlıq edib.

O, bəzi insanların yalnız bir əllərində bu problemi yaşadığını və bunun da altda yatan nevroloji bir durumdan qaynaqlana biləcəyini bildirib. Tibb mütəxəssisləri isə bu cür testlərin sadəcə ilkin əlamətləri yoxlamaq üçün nəzərdə tutulduğunu və dəqiq diaqnoz üçün həkim müayinəsinin vacib olduğunu vurğulayırlar.

TEST NECƏ EDİLİR?

1. Bir əlinizi düz saxlayın, digər əlinizin içini bu əlin arxa tərəfinə yerləşdirin.

2. Ovuc içini bir neçə saniyə ərzində sürətlə yuxarı-aşağı çevirin.

3. Daha sonra əlləri dəyişdirərək eyni hərəkəti təkrarlayın.