Pivə digər spirtli içkilərlə müqayisədə daha təhlükəli imiş

Pivə digər spirtli içkilərlə müqayisədə daha təhlükəli imiş

Pivə digər spirtli içkilərlə müqayisədə alkoqol asılılığına daha tez səbəb olur.

Yurd.Media “Lenta.ru”ya istinadən xəbər verir ki, bu nəticəni Rusiyanın tibb üzrə alimlərinin spirtli içkilərlə bağlı araşdırması üzə çıxarıb.

Bundan əlavə, pivə hormonal balansı pozur, ürək-damar xəstəlikləri, piylənmə və podaqra riskini artırır.

Digər spirtli içkilərlə bağlı bu xəbərdarlıqlar olunur:

Alkoqollu kokteyllər və enerji içkilərinin tərkibindəki müxtəlif qarışıqlar və şəkərlər beynin sürətli deqradasiyasına, qaraciyər sirrozu və pankreatit riskinin artmasına səbəb olur.

Sadə tərkibə malik olduğuna görə arağı saxtalaşdırmaq daha asandır və keyfiyyətsiz məhsul ağır zəhərlənmələrə yol aça bilər.

Desert şərablarının şirin dadı insanı planlaşdırdığından daha çox içməyə vadar edir. Bu cür içkilərdə şəkərin mayalanması nəticəsində alkoqolun dərəcəsi yüksəlir və nəticədə güclü sərxoşluq və sərt qızdırma ilə müşahidə olunan “paxmel” yaranır.

Bundan əlavə, spirtli içkilər və tünd qəhvə mədədə şirə ifrazını artırır, bu da qıcqırma, ağrı və selikli qişanın zədələnməsi ilə nəticələnə bilər.