SÜJET
Sentyabr yağışları, temperatur dəyişiklikləri, günəş işığı və vitaminlərin çatışmazlığı dırnaqların vəziyyətinə mənfi təsir göstərə bilər. Yurd.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, soyuqlar yaxınlaşdıqca əl dərisi küləyə və qabıq verməyə daha meyilli olur. Dırnaq xidməti eksperti, gözəllik bloggeri Alyona Lavrentyeva sentyabr ayında əllərə və dırnaqlara qulluq üçün tövsiyələrini paylaşıb.
"Gündəlik əl kremi və təbii yağlardan istifadə ilə yanaşı, mövcud qulluq sxeminə düzəlişlər etmək lazımdır. Nəmləndirici vasitələri əvvəlcədən, küçəyə çıxmazdan 20 dəqiqə əvvəl çəkmək daha yaxşıdır ki, onlar hopmağa macal tapsın, əgər əl dərisi yenə də qabıq verirsə, "soyuq parafin" adlanan yağ əsaslı qidalandırıcı krem kömək edəcək. O, adi nəmləndirici kremin üzərinə çəkilir və əlcəklər altında 15 dəqiqə saxlanılır, prosedur bitdikdən sonra isə əllərdən salfetlə silinir. Bu, əl və dırnaqların dərisinin sağlam və parlaq görünüşünü bərpa etməyə kömək edəcək", - deyə Lavrentyeva məsləhət görür.
2025-ci ilin sentyabrında manikür modası tendensiyalarına gəlincə, mütəxəssis təbii nud və bej tonlarına, həmçinin nəcib qırmızı rəngin müxtəlif çalarlarına üstünlük verməyi tövsiyə edir.