SÜJET
Bakıda ağciyər xərçəngi olan xəstə əməliyyatla tam müalicə olundu, 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxıldı.
Kliniki Tibbi Mərkəzdən Yurd.Media-ya verilən məlumata görə, fevral ayında sinə bölgəsində ağrıları olan 45 yaşlı xəstəi Mərkəzin Torakal Cərrahiyyə şöbəsinə müraciət edib. Müayinələr zamanı sağ döş qəfəsi boşluğunda ölçüsü 18 sm olan, nəhəng və solid ağciyər törəməsi aşkarlanıb.
KTM-dən sağ ağciyərin orta və aşağı pay lobektomiyası ilə birlikdə, diafraqma rezeksiyası və rekonstruksiyası da icra edilərək invaziv törəmə en bloc şəkildə çıxarılıb.
Əməliyyat Torakal Cərrahiyyə şöbəsinin müdiri uzman torakal cərrah Fəhmin Əmirov, uzman torakal cərrah Çinarə Kərimli və komandanın digər üzvləri ilə birlikdə icra olunub.
Patologiya nəticəsində, çıxarılmış törəmənin ağciyərdə son dərəcə nadir rast gəlinən Solitar Fibroz Tümor olduğu təsdiqlənib. Xəstə əməliyyatdan 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxılıb. Altı aylıq kontrol müayinəsində onkoloji xəstəliyin lokal olaraq kontrol altında olduğu müəyyən edilib.