SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

  • 14 avqust 2025, 10:52

Ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208%-i), Balakəndə 35 (aylıq normanın 47%-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb. Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Prime Leasing