SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Oturaq iş rejiminin fəsadları və onların qarşısını almaq yolları

Oturaq iş rejiminin fəsadları və onların qarşısını almaq yolları

  • 30 iyul 2026, 23:24

Oturaq iş rejimi eyni zamanda şəkərli diabet, yüksək arterial təzyiq kimi ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Yurd.Media xəbər verir ki, bunu qeyd edək həkim-terapevtlər vurğulayır ki, mütəmadi olaraq oturaq iş rejimində fəaliyyət göstərən insanlarda onurğa sütununun əyriliyi və xalq arasında boyun kirəclənməsi adı ilə tanınan osteoxondroz xəstəliyi müşahidə edilir:

"Bundan əlavə, belə iş rejimində işləyən şəxslərin mədə-bağırsaq sistemində müxtəlif pozğunluqlar əmələ gəlir. Bu insanlarda qəbzlik, babasil kimi xəstəliklər daha tez-tez rast gəlinir. Həmçinin həmin şəxslərdə xroniki yorğunluq sindromu, depressiyaya meyillilik digər insanlarla müqayisədə daha yüksək səviyyədə özünü göstərir. Qeyd olunan problemlərin qarşısını almaq üçün ilk olaraq iş şəraitini dəyişmək mümkündürsə, bu addım atılmalıdır. Lakin əksər hallarda buna imkan olmur. Buna görə də tövsiyə olunur ki, iş saatları ərzində hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə zamanı göz əzələlərinin də məşq etdirilməsi vacibdir".

Mütəxəssislər qeyd edir ki, imkan olduğu təqdirdə yüngül fiziki hərəkətlər etmək də faydalıdır: "Ən səmərəli üsullardan biri gündəlik qaydada müntəzəm şəkildə idmanla məşğul olmaqdır. Çalışın gün ərzində minimum 1 və ya 1,5 saat açıq havada gəzinti edin. Eyni zamanda qida rasionunuza da diqqət yetirməlisiniz. Gündəlik hərəkət aktivliyi aşağı olan insanlar mümkün qədər az miqdarda və sağlam qidalarla qidalanmalıdır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları