SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Novxanıda balıq restoranının mətbəxində natəmizlik - OBYEKT BAĞLANDI

Novxanıda balıq restoranının mətbəxində natəmizlik - OBYEKT BAĞLANDI

  • 16 yanvar 2026, 14:58
Bakı

Balıq yeməkləri ilə məşhur restoranda bəzi qida məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı, soyuducularda rəflər korroziyaya uğradığı aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları, 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Pərviz Şakir oğlu Niftəliyevə məxsus "Dağlılar Balıq" ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

Bildirilib ki, baxış zamanı restoranda balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb:

"Eyni zamanda, müəyyən olunub ki, obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır. Həmçinin digər nöqsanlar da aşkarlanıb.

Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələr üçün göndərilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları