SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu otun kökü antibiotiklərə davamlı bakteriyalara qarşı effektiv nəticə göstərib

Bu otun kökü antibiotiklərə davamlı bakteriyalara qarşı effektiv nəticə göstərib

İrlandiyada həyata keçirilən yeni elmi tədqiqat antibiotiklərə davamlı bakteriyalara qarşı mübarizədə ümidverici nəticələr ortaya qoyub.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar aşkar ediblər ki, xalq arasında "beşbarmaq otu" (Potentilla erecta) adı ilə tanınan bitkinin kökü təhlükəli bakteriyaların fəaliyyətini zəiflətmə xüsusiyyətinə malikdir.

Araşdırma çərçivəsində müxtəlif bitki növləri laboratoriya şəraitində sınaqdan keçirilib və ən yüksək effektivlik məhz bu bitkidə qeydə alınıb. Məlum olub ki, bitkidən əldə edilən ekstrakt bakteriyaların qoruyucu biofilm təbəqəsi formalaşdırmasının qarşısını alır və bu yolla onların antibiotiklərə qarşı müqavimətini azaldır.

Bundan başqa, tədqiqatın nəticələri göstərib ki, bu bitki bəzi güclü təsirli antibiotiklərlə birgə tətbiq edildikdə həmin dərmanların effektivliyini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə ağır gedişli infeksiyaların müalicəsində istifadə olunan preparatlarla kombinasiyada daha səmərəli nəticə əldə edilib.

Qeyd edək ki, mütəxəssislər hesab edir ki, bu kəşf gələcəkdə yeni müalicə yanaşmalarının işlənib hazırlanmasına və antibiotiklərə davamlılıq probleminin həllinə mühüm töhfə verə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları